"Turnir gözlədiyimizdən daha çox keyfiyyətli keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin tanınmış köşə yazarı Metin Görgün deyib.
O, ötən gün başa çatan “Qloriya kuboku”nda komandaların çıxışlarından danışıb: “İlk gün mən sanki final izlədim. Bakı klubu “Azəryol”da tanınmış voleybolçuların və “Vakıfbank”ın yeni transferlərinin oyunlarını görmək çox xoş oldu. Turnirin ən zəif komandası “Maribor” idi. “Volero”nun isə yaxşı heyəti var. Lakin Natalya Məmmədova köhnə günlərində deyildi”.
Qeyd edək ki, Azərbaycan Super Liqasının gümüş mükafatçısı “Azəryol” Maribor”u 3:0 hesabı ilə darmadağın edərək, turnirin üçüncüsü olub. Eyni hesabla Natalya Məmmədovanın şərəfini qoruduğu “Volero”ya qalib gələn “Vakıfbank” isə çempionluq sevinci yaşayıb.