[b]"Bakı"dan "Araz-Naxçıvan"a növbəti zərbə[/b]
29.11.2014 - 18:46
[b]"Bakı"dan "Araz-Naxçıvan"a növbəti zərbə[/b]

Basketbol üzrə Azərbaycan çempionatında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan oyunlardan sonra vahid lider müəyyənləşib.

 

Belə ki, turun açılış qarşılaşmasında “Qala” özü kimi məğlub olmayan AZTOP-u sınağa çəkib. Görüşdə səviyyə fərqi öz sözünü deyib və daimi çempion rəqibinin uğurlu seriyasına son qoyub.

 

AZTOP-un məğlubiyyəti isə “Dərviş”in işinə yarayıb. Onlar BDU-ya qalib gəlməklə, top fərqinə görə ikinci yerə yüksəliblər.

 

Tur “Baku Oilers”ın ilk qələbəsi ilə də əlamətdar olub. Onlar gözlənilmədən təcrübəli NTD-ni məğlub edərək, 1 pillə irəliləyiblər.

 

Ötən həftə ilk qələbəsini qazanan “Araz-Naxçıvan” isə bu dəfə yenə uduzub. Onlar son saniyələrdə cərimə atışlarından yararlana bilməyiblər və "Bakı" hücumunu xalla tamamlayaraq, qələbə qazanıb.

 


29 noyabr

V tur

“Qala” – AZTOP – 112:66

“Araz-Naxçıvan” – “Bakı” – 52:54

 “Dərviş” - BDU – 70:60

NTD – “Baku Oilers” - 63:69

 

N

Komanda

O

Q

M

T

X

1

Qala

5

5

0

542-235

10

2

Dərviş

5

4

1

307-265

9

3

AZTOP

5

4

1

334-330

9

3

NTD

5

3

2

359-331

8

5

Bakı

5

2

3

300-334

7

6

Baku Oilers

5

1

4

265-386

6

7

Araz-Naxçıvan

5

1

4

229-359

6

8

BDU

5

0

5

243-378

5