Tennisdə mövsümün ikinci "Böyük dəbilqə" turniri olan "Rolan Qarros" davam edir. Apasport.az saytının məlumatına görə, bu gün kişilərin mübarizəsində bir nömrəli favorit Rafael Nadal korta çıxıb.
İspan raketka ustası Simone Bolelli ilə qarşılaşıb. Görüş gözlənildiyi kimi, Nadalın üstünlüyü şəraitində keçib. İlk iki seti çətinlik çəkmədən aktivinə yazdıran Rafa üçüncü setdə rəqibinin müqaviməti ilə üzləşib. Buna baxmayaraq, 1 saat 33 dəqiqə davam edən seti də tay-breyk sonunda aktivinə yazdıran dünya bir nömrəsi 1/32 finala vəsiqə qazanıb.
Rolan Qarros
Kişilər
1/64 final
Rafael Nadal (İspaniya) - Simone Bolelli (İtaliya) - 3:0 (6:4, 6:3, 7:6)
Qeyd edək ki, Rafael Nadal növbəti turda Qvido Pelya ilə qarşılaşacaq.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq