Bakının AZAL klubunun qış hazırlıq planı dəyişib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 2014/15 mövsümünün ikinci yarısına hazırlıqları ölkə daxilində həyata keçirəcək.
Belə ki, Tərlan Əhmədovun yetirmələrinin təlim-məşq toplanışı Bakıda baş tutacaq. Öncədən əksər klublar kimi Türkiyəyə üz tutmağı planlaşdıran AZAL-ın planlarına dəyişməsinə səbəb hazırlıq üçün paytaxtda da əlverişli şəraitin olmasıdı. Toplanış üçün təlim-məşq bazasına malik “təyyarəçilər” ölkə xaricinə uçmağı lazımsız bilib.
Qeyd edək ki, 2014-cü ilin qışında da Bakıda hazırlıq keçən AZAL yayda toplanış üçün Türkiyənin Bolu şəhərinə yollanmışdı.