[b]Azərbaycan çempionundan daha 2 müqavilə[/b]
28.02.2014 - 10:01
[b]Azərbaycan çempionundan daha 2 müqavilə[/b]

Martın 15-16-da keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı”na hazırlaşan “Rabitə” yeni mövsüm üçün daha 2 voleybolçu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu heyətində yer alan toppaylayıcılarla müqavilənin müddətini uzadıb.

 

Belə ki, son 2 ildə klubun uğurları üçün çalışan polşalı Katarjina Skorupa və bu mövsüm Bakı təmsilçisinə transfer olunan tailandlı Nutsara Tomkomla mayda bitəcək müqavilə daha 2 illik uzadılıb.

 

Həmçinin, bu ili zədə səbəbindən boşa verən amerikalı blokçu Foluke Akinradevo ilə yeni mövsüm üçün razılıq əldə olunub.