Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yeni rekord müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən VI turun “Azərreyl” - “Rabitə” qarşılaşmasının ilk seti mövsümün mütləq göstəricisi ilə əlamətdar olub.
Dejan Brdjoviçin yetirmələri “dəmiryolçular”ı 25:8 hesabı ilə məğlub edərək, setlər üzrə ən böyük fərqə nail olub. 17 xal üstünlüyü əldə edən “Rabitə” özünün II turun “Telekom”la oyunundakı rekordunu yeniləyib. Azərbaycan çempionu həmin qarşılaşmanın setlərinin ikisində 25:15 hesabı ilə qalib gəlmişdi.
Seti 17 xal fərqi ilə uduzan “Azərreyl” isə mövsümün antirekordçusu ünvanını “Telekom”dan “təhvil alıb”.