[b]Azərbaycan çempionunun oyunu təxirə salındı[/b]
31.01.2015 - 11:17
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının daha 1 oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, sabah XII tur çərçivəsində baş tutmalı olan “Telekom” – “Rabitə” qarşılaşması keçirilməyəcək.
Texniki səbəblərdən təxirə salınan oyunun nə vaxt baş tutacağı bugünlərdə dəqiqləşəcək.
Qeyd edək ki, XI turda “Azəryol” – “Lokomotiv” oyunu da qeyri-müəyyən vaxta kimi təxirə salınmışdı.
0
0