[b]Azərbaycan klubu Serbiyaya “köçür”[/b]
27.01.2015 - 16:17
[b]Azərbaycan klubu Serbiyaya “köçür”[/b]

Qadın həndbolçulardan ibarət ABU klubu avrokubokda növbəti 2 görüşünü də Azərbaycanda keçirməyəcək. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”da mübarizə aparan Bakı təmsilçisi ardıcıl 3-cü dəfə rəqibi ilə doğma publika önündə oynamayacaq. Hər 3 halda ABU eyni ölkənin – Serbiyanın təmsilçisi ilə görüşüb.

 

Belə ki, Konstantin Ruvinskinin yetirmələri 1/8 final mərhələsinin Serbiyanın “Knyaz Miloş”la görüşlərini Arandjelovaç şəhərinin “Sumadija” Kompleksində keçirəcək. İlk oyun fevralın 14-də, cavab görüşü ertəsi gün təşkil olunacaq. Matçlar Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Təmsilçimiz səfərdə oynasa da, birinci dueldə nominal ev sahibi sayılacaq.

 

Qeyd edək ki, cari mövsümün 1/16 final mərhələsində “Srvena Zvezda”ya qalib gələn (31:29; 23:23) həndbolçularımızın ötən mövsüm 1/8 finalda “Milenium”a uduzmuşdu (29:33; 26:29).