[b]Bakı klubunda hollandiyalının legioner sevgisi[/b]
15.01.2015 - 12:05
[b]Bakı klubunda hollandiyalının legioner sevgisi[/b]

Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsi çərçivəsində Bakı “Lokomotiv”inin Krasnodar “Dinamo”su ilə ilk görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın sürpriz komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçın qəhrəmanları “dəmiryolçular”ın əcnəbiləri olublar.

 

Təbii ki, bu, “Lokomotiv”in hollandiyalı baş məşqçi Teon Buijsin “əməyi”nin bəhrəsidi. Təcrübəli çalışdırıcı Azərbaycan millisinin əsas heyət oyunçuları – Ayşən Abduləzimova ilə Oksana Kiselyovanı, həmçinin gənc Ülkər Kərimovanı ehtiyatda saxladığından komandanın bütün xalları legionerlərin hesabındadı.

 

Buijsin sevgisini qazananlardan Aneta Havlikova 15, Enn Buijs 13, Aleksandra Srnçeviç, Quinta Stenbergen, Valentina Serena hərəyə 9, Karli Lloyd 6 və Tüğce Atıcı 1 xal qazanıb.

 

Rəqib düşərgədə isə Lyubov Şaşkova ilə Qaray Fernandes daha məhsuldar olub. Onların hərəsi “Dinamo”ya 10 xal qazandırıblar.

 

Qeyd edək ki, komandalar arasında cavab görüş yanvarın 20-də səfərdə olacaq.