[b]Bakı klubunun Rusiya çempionatının lideri ilə oyununun vaxtı dəqiqləşdi[/b]
25.12.2014 - 09:02
[b]Bakı klubunun Rusiya çempionatının lideri ilə oyununun vaxtı dəqiqləşdi[/b]

Bakının “Lokomotiv” voleybol klubunun CEV kubokunun 1/4 final mərhələsi çərçivəsində Krasnodar “Dinamo”su ilə cavab qarşılaşmasının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Rusiya çempionatının lideri ilə səfər matçına yanvarın 20-də çıxacaqlar.

 

Krasnodarda Olimp İdman Sarayında olacaq matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

 

Qeyd edək ki, paytaxtımızda baş tutacaq ilk matç yanvarın 14-də saat 18:00-da start götürəcək.