[b]Bakı klubunun səbəbsiz qovduğu oyunçu Rumıniya çempionatında![/b]
09.01.2015 - 10:24
[b]Bakı klubunun səbəbsiz qovduğu oyunçu Rumıniya çempionatında![/b]

Bakının “Lokomotiv” klubundan narazılıqla ayrılan İvana Dersilio özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı serbiyalı hücumçu karyerasını Rumıniyada davam etdirəcək.

 

O, “Alba-Blaj”la razılığa gəlib. Dersilio artıq rumınlarla mövsümün sonuna kimi müqaviləyə də imza atıb.

 

Qeyd edək ki, 2 illik fasilədən sonra karyerasını bərpa edən İvana mövsümün əvvəlində ölkəmizdən ayrıldıqdan sonra “Lokomotiv”in rəsmi razılaşmanı hansısa səbəb olmadan pozduğunu açıqlamışdı.