Bu gün qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi “Azərreyl” sabah meydana çıxacaq.
Vüqar Əliyevin yetirmələri Bakıda 3:0 hesabı ilə məğlub etdikləri İsveçrənin “Könits” klubunun qonağı olacaqlar. Berndə baş tutacaq matçda komandamızın ciddi müqavimətlə üzləşəcəyi gözlənilir. Çünki ölkə çempionatında ikinci olan rəqibimiz ən azı doğma divarlar arasında özünü göstərməyə çalışacaq. Lakin onların 1 və ya 2 setdə qələbə qazanacağı proqnozlaşdırılır.
“Azərreyl” “quru hesabla” uduzsa belə “Qızıl set”ə ümid bağlayacaq. Bu isə onları 1/8 finala daha yaxın olmasından xəbər verir.
17 dekabr
“Çelenc Cup”
1/16 final mərhələsi, cavab oyunu
“Könits” (İsveçrə) - “Azərreyl” (Azərbaycan)
Hakimlər: Konalsi Qyoka (Albaniya) və Yanita Riçter (Almaniya)
Bern, İdman Sarayı
İlk oyun: “Azərreyl” (Azərbaycan) – “Könits” (İsveçrə) - 3:0 (25:18; 25:21; 25:21)