Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/3 final mərhələsinə yüksələn komandaların adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, I pley-off mərhələsini 4 ölkənin 6 komandası uğurla adlayıb.
Belə ki, Rusiyanın “Dinamo” (Kazan), “Omiçka”, Türkiyənin “Vakıfbank”, “Əczaçıbaşı”, Fransanın “Kann” və İsveçrənin “Volero” klubu mübarizəni davam etdirirlər. Onlardan yalnız Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Omsk təmsilçisi “Qızıl set”lə rəqibinə qalib gəlib.
1/6 final mərhələsinin oyunları
“Omiçka” (Rusiya) - “Konegliano” (İtaliya) – 0:3, 3:0, 15:10
“Atom” (Polşa) - “Əczaçıbaşı” (Türkiyə) – 0:3, 1:3
“Kann” (Fransa) - “Qalatasaray” (Türkiyə) – 3:1, 3:0
“İqtisadçı” (Azərbaycan) - “Vakıfbank” (Türkiyə) – 0:3, 0:3
“Dinamo” (Moskva, Rusiya) - “Dinamo” (Kazan, Rusiya) – 1:3, 0:3
“Volero” (İsveçrə) - “Pyaçentsa” (İtaliya) – 3:1, 3:1
1/3 final mərhələsi (4-6, 11-13 fevral)
“Omiçka” (Rusiya) - “Əczaçıbaşı” (Türkiyə)
“Vakıfbank” (Türkiyə) – “Kann” (Fransa)
“Volero” (İsveçrə) - “Dinamo” (Kazan, Rusiya)
Qeyd edək ki, 1/3 final mərhələsini keçəcək klublar Bakıda “Rabitə”nin ev sahibliyi edəcəyi “Dördlər finalı”na vəsiqə qazanacaq.