[b]Bolqarıstan millimizi darmadağın etdi[/b]
10.09.2014 - 08:13
[b]Bolqarıstan millimizi darmadağın etdi[/b]

Bolqarıstanda təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sofiyada son yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri ev sahibləri ilə 3-cü dəfə qarşılaşıblar.

 

İlk 2 görüşdə 2:2 hesabı ilə heç-heçə edən millimiz son cəhddə darmadağın olublar. Bolqarlar bu dəfə 4 setin heç birində komandamıza güzəştə getməyiblər – 4:0 (25:13, 25:20, 25:20, 25:17).

 

Qarşılaşmanın bombardiri ilk görüşdəki kimi Polina Rəhimova olub. O, komandamız 18 xal qazandırıb. Rəqibin heyətində isə Elitsa Vasilyeva olub. O, hücumçumuzdan 1 xal az toplayıb.

 

Qeyd edək ki, bununla da millimizin Bolqarıstandakı təlim-məşq toplanışı başa çatıb. Yığmamız bu gün Bakıya dönəcək.