[b]Çempionatımızın mükafatçısı yığmamızın oyunçusunun üzərindən xətt çəkdi[/b]
12.01.2015 - 12:45
[b]Çempionatımızın mükafatçısı yığmamızın oyunçusunun üzərindən xətt çəkdi[/b]

Qadın voleybolçular arasında İtaliya A seriyasında XIII turun oyunları təşkil olunub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin blokçusu Anna Nazarenkonun şərəfini qoruduğu “Forli” “Urbino”nun qonağı olub.

 

Təmsilçimizin komandası bu deuldən də məğlub ayrılıb. “Urbino” 3:1 (25:20, 19:25, 25:23, 25:22) hesabı ilə qalib gələrək, “Forli”nin 1 xal qazanmasına belə imkan verməyib və aktivində 4 xalı olan komanda 11-ci pillədən yaxa qurtara bilməyib.

 

Maraqlıdı ki, bu matçda kimi əsas heyətdə yer alan Nazarenko XIII turda meydana çıxmayıb. Komandaya yeni baş məşqçi təyin olunan Azərbaycan üçün tanış sima Ancelo Vercesi ikinci cəhdində qeyri-müəyyən səbəbdən təmsilçimizə ehtiyac duymayıb.

 

Qeyd edək ki, “Bakı” və “Azəryol” klublarında baş məşqçi işləyən Vercesi Super Liqada bu komandaların hər ikisi ilə fəxri kürsüdə yer alıb. Onun rəhbərliyi altında “Azəryol” 2-ci, artıq tarixin yaddaşına qovuşan “Bakı” isə 3-cü olub.