[b]Çempionlar Liqasında hər 2 oyunumuzun vaxtı dəqiqləşdi[/b]
03.02.2015 - 09:23
[b]Çempionlar Liqasında hər 2 oyunumuzun vaxtı dəqiqləşdi[/b]

Bakının “Azəryol” voleybol klubunun Çempionlar Liqasının I pley-off mərhələsində hər 2 oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Super Liqasının gümüş medalçısı İtaliyanın “Yamamay” komandası ilə ilk qarşılaşmasına fevralın 11-də çıxacaq.

 

Bakıda, Voleybol Mərkəzində baş tutacaq qarşılaşmanın start fiti saat 18:00-da veriləcək.

 

Aleksandr Çervyakovun yetirmələri cavab matçını fevralın 18-də keçirəcəklər. Busto Arsizoda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

 

Qeyd edək ki, “Azəryol” mərhələ adlayacağı halda “Pyaçentsa” (İtaliya) – “Dinamo” (Rusiya, Moskva) cütünün qalibi ilə qarşılaşacaq.