[b]Dejan Brdjoviç: Onlar həqiqətən böyük iş gördülər[/b]
27.11.2014 - 12:24
[b]Dejan Brdjoviç: Onlar həqiqətən böyük iş gördülər[/b]

“Rabitə”nin baş məşqçisi Dejan Brdjoviç Çempionlar Liqasının II turunda Kazan “Dinamo”su ilə oyunu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis yetirmələrinin xarakter nümayiş etdirməsini yüksək qiymətləndirib.

 

Brdjoviç 0:2 hesabı ilə geridə olduqları matçı 3:2 hesabı ilə xeyirlərinə bitirmələrində “Rabitə”nin əzmkarlığını xüsusi vurğulayıb: “Komandamı təbrik edirəm. Onlar həqiqətən böyük iş gördülər”.

 

Qeyd edək ki, “Rabitə”nin “Dinamo” üzərində qələbəsi yubileylə əlamətdar olub. Komandamız rəsmi beynəlxalq görüşlərdə 50-ci dəfə meydanı qalib kimi tərk edib.