[b]Dudek Bakıya gəlir[/b]
05.02.2015 - 09:15
Qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası fevralın 11-də Bakıda olacaq “Azəryol” – “Yamamay” (İtaliya) qarşılaşmasını polşalı Pyotr Dudekə həvalə edib.
Voleybol Mərkəzində saat 18:00-da start götürəcək görüşdə ikinci hakim funksiyasını Salvis Kurtiss yerinə yetirəcək.
Fevralın 18-də Busto Arsizoda keçiriləcək “Yamamay” – “Azəryol” oyununda isə əsas söz sahibi Nurper Özbar (Türkiyə) olacaq. Ona almaniyalı Sabina Vitt köməklik edəcək.
0
0