“İlk görüş həmişə çətin olur. Oyunun əvvəlində basketbolçular özlərini bir az itirmişdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Əliyev deyib.
Yığmamızın çalışdırıcısı Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “Novruz turniri”nin ilk oyunu haqda fikirlərini açıqlayıb.
Əliyev MOİK (Qazaxıstanın ) üzərində qələbəyə şərh verib: “Biz 5 aydır bu heyətlə çıxış etmirdik. İstəyirdik ki, daha çox gənclər oynasın. Lakin əsas heyəti meydana buraxmağa məcbur olduq. Düşünürəm ki, növbəti oyun daha maraqlı olacaq”.
Qeyd edək ki, MOİK-ə 86:61 hesabı ilə qalib gələn yığmamız bu gün Özbəkistan millisi ilə oynayacaq.