[b]Millimizin İtaliya ilə matçında dəyişiklik[/b]
19.09.2014 - 17:48
[b]Millimizin İtaliya ilə matçında dəyişiklik[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yoxlama oyunlarının sayında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, dünya çempionatına hazırlığın son mərhələsini Romada keçən komandamız mundialın ev sahibi İtaliya ilə 3 deyil, 2 qarşılaşmada gücünü sınayacaq.

 

Belə ki, bu oyunlardan biri bu günə, digəri sabaha nəzərdə tutulub. Hər 2 matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Qeyd edək ki, dünya çempionatı sentyabrın 23-də start götürəcək.