[b]Nə Ronaldo, nə də Messi...[/b]
19.01.2015 - 16:22
[b]Nə Ronaldo, nə də Messi...[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2014-cü ilin ən güclü pleymeykerinin adını açıqlayıb. Apasport.az xəbər verir ki, keçirilən sorğunun qalibi ötən yayda “Bavariya”dan “Real”a transfer olunan Toni Kroos olub.

 

110 səslə bütün rəqiblərini qabaqlayaraq, ilin ən yaxşı pleymeykeri seçilən almaniyalı futbolçu ən yaxın izləyicisi Lionel Messidən cəmi 2 səs çox toplayıb. İlk “üçlüy”ü “Real”ın digər üzvü Hames Rodriges qapayıb.

 

Maraqlıdı ki, ən yaxşı pleymeyker nominasiyasında Messi ilə yanaşı, bu mövqe oyunçuları olmayan Neymar və Eden Azarın da adı var.

 

Azərbaycanı bu sorğuda apasport.az saytının əməkdaşı Vüqar Xeyrullayev təmsil edib. Birinci yerə Kroosu layiq bilməklə qalibi düz tapan həmkarımız Hameslə Messini də ilk “üçlük”də göstərib.

 

İlk “10-luq”:

1. Toni Kroos (“Bavariya” / “Real”) – 110 səs

2. Lionel Messi (“Barselona”) – 108

3. Hames Rodriges (“Monako” / “Real”) – 53

4. Andres İnyesta (“Barselona”) – 38

5. Yaya Ture (“Mançester Siti”) – 29

6. Bastian Şvaynştayger (“Bavariya”) – 28

7-8. Neymar (“Barselona”) – 21

7-8. Luka Modriç (“Real”) – 21

9. Eden Azar (“Çelsi”) – 18

10. İvan Rakitiç (“Sevilya” / “Barselona”) - 5