[b]Yekaterina Qamova Bakıda hamını qabaqladı[/b]
16.03.2014 - 01:29
[b]Yekaterina Qamova Bakıda hamını qabaqladı[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının Bakıda keçirilən “Dördlər finalı”nın yarımfinalında “Dinamo” (Kazan, Rusiya) – “Rabitə” (Azərbaycan) oyunun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunun 0:3 hesabı ilə uduzduğu görüşdə ən çox xal toplayan Yekaterina Qamova olub.

 

Rusiyalı ulduz voleybolçu Azərbaycan çempionunda 20 xal almağı bacarıb. “Rabitə”də isə məhsuldarlığı ilə adından söz etdirən olmayıb. Belə ki, komandamızda Reyçel Rurkla Aurea Kruz hərəyə 10, Tori Dikson 7, Katarjina Skovronska 5, Nataşa Krsmanoviç 4, Sanya Staroviçlə Dora Horvat hərəyə 3 və Katarjina Skorupa 1 xal yığıb.

0