Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi əvəzi Aleksandr Çervyakov dünya çempionatının II turu çərçivəsində Çinə məğlubiyyətin səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis 0:3 hesabı ilə uduzmalarında yorğunluğun rol oynadığını deyib.
O bildirib ki, asiyalılara məğlubiyyətdə rəqib güclü olması öz sözünü deyib: “Bu oyun bizim üçün çox çətin oldu. Çünki bir gün öncə Yaponiyaya qarşı 5 setlik gərgin matç keçirdiyimizdən, yorğun idik. Fikrimcə, əsas səbəb budur. Çin millisi də güclü rəqibdir və onlar daha hündürboy olduqları üçün blokla yanaşı, “ikinci mərtəbədə” də inamlı təsir bağışladılar”.