“Belə bir turnirin keçirilməsi üçün təşkilatçılara təşəkkür edirəm. Bu yarışı qəbul edən Qloriya İdman kompleksinin rəhbərliyinə də minnətdaram”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət “Azəryol” klubunun baş məşqçisi Aleksandr Çervyakov deyib.
Təcrübəli mütəxəssis bu gün start götürən 1-ci Qloriya kubokunun açılışı öncəsi yarışla bağlı fikirlərini açıqlayıb. O bildirib ki, Türkiyənin Antalya şəhərindəki turnirdə həm gözəl oyun, həm də nəticə haqda düşünür: “Antalya turnirində 4 peşəkar komanda münasibətlərinə aydınlıq gətirəcək. Bizim komandanın da burada gözəl oyun göstərməsini istəyirik”.
Qeyd edək ki, “Azəryol” bu gün start götürən turnirin açılış oyununda Türkiyə təmsilçisi “Vakıfbank”la üz-üzə gələcək.