“Mən həqiqətən Yaponiya kimi güclü komandanı məğlub etməyimizə çox şad oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi əvəzi Aleksandr Çervyakov deyib.
Ötən gün İtaliyada qadın voleybolçular arasında dünya çempionatına start verilib. Yığmamız ilk qarşılaşmasında Yaponiya ilə münasibətlərinə aydınlıq gətirib. Görüşdə komandamız 3:2 hesabı ilə qalib ayrılıb.
Oyundan sonra millimizin baş məşqçisi əvəzi Çervyakov bunları deyib: “Biz bu görüşdə çox səy götərib, qələbə qazandıq. Həm də turnirin favorit komandalarından birini məğlub etməyi bacardıq. Bu qalibiyət hər kəsi təəccübləndirdi, həm də heyrətləndirdi”.