Aleksandr Çervyakov: Oyunumuzu göstərə bilmədik
27.11.2014 - 18:49
Aleksandr Çervyakov: Oyunumuzu göstərə bilmədik

“Azəryol”un baş məşqçisi Aleksandr Çervyakov Çempionlar Liqasının II turunda “Fənərbaxça” ilə oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı Türkiyədə 1:3 hesablı məğlubiyyətdə yetirmələrindən razı qalmayıb.

 

O bildirib ki, komandası daha layiqli mübarizə apara bilərdi: “Biz ən yaxşı oyunumuzu göstərə bilmədik. Görüş ərzində çox səhvlərə yol verdik. “Fənərbaxça” ilə oyunumuzdan razı qalmadım”.