Aleksandr Çervyakov iddialı danışdı
28.01.2015 - 10:03
Aleksandr Çervyakov iddialı danışdı

“Çempionlar Liqası klublar üçün ən vacib yarışdı. Bu turnirdə hər qarşılaşma həddən artıq böyük önəm daşıyır”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un baş məşqçisi Aleksandr Çervyakov deyib.

 

Çempionlar Liqasının VI turu çərçivəsində Fransa “Nant”ı ilə oyun öncəsi fikirlərini açıqlayan təcrübəli mütəxəssisin sözlərinə görə, pley-offa yüksəlmələrinə baxmayaraq, əsas məqsədləri qələbə qazanmaqdı: “Bu mötəbər yarışda hətta oyun turnir cədvəli baxımından heç bir əhəmiyyət daşımadığı halda belə marağı azaltmır. Əminəm ki, oyunçularım qarşılaşmanı səbirsizliklə gözləyirlər və özlərini yaxşı tərəfdən göstərəcəklər. Rəqibə hörmətlə yanaşırıq, lakin Nanta növbəti qələbəmizi qazanmaq üçün gəlmişik”.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Nant” – “Azəryol” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.