Almaniyalı legioner də Bakı təmsilçisinə kömək olmadı
06.02.2014 - 11:03
Almaniyalı legioner də Bakı təmsilçisinə kömək olmadı

Qadın voleybolçular arasında CEV kubokunun “Çelnenc raund” mərhələsində “Bank Fakro” (Polşa) – “Azəryol” (Azərbaycan) görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Muşina təmsilçisinin 3:2 hesabı ilə qalib gəldiyi matçın ən yaxşıları Ancelo Vercesinin yetirmələri olub.

 

Belə ki, komandamızın almaniyalı legioneri Marqareta Kozux 22 dəqiq zərbə ilə oyunun bombardiri adına yiyələnib. Yığmamızın hücumçusu Odina Əliyeva ondan 3 xal az toplayıb. “Azəryol”un digər voleybolçularına gəlincə, Anneris Varqas 15, Çyara di Yulio 14, Cessika Cons 7, Oksana Parxomenko 6, Kseniya Kovalenko və Polina Rəhimova hərəyə 4 xal yığıb.

 

Rəqibin heyətində isə Nataliya Kurnikovska məhsuldarlıq nümayiş etdirib. O, komandasının aktivinə 16 xal yazıb.

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü fevralın 11-də Bakıda olacaq.