Amerikalı “Lokomotiv”dən ayrılmasına aydınlıq gətirdi
05.02.2014 - 12:51
Amerikalı “Lokomotiv”dən ayrılmasına aydınlıq gətirdi

 

Amerika millisinin voleybolçusu Lauren Gibbemeyer “Lokomotiv”dən ayrılmasına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, İtaliyanın “Konegliano” klubuna keçən blokçu yalnız bu ölkədə xoşbəxt olduğunu bildirib.

 

Onun sözlərinə görə, “Pesaro”dan Bakı klubuna və buradan yenidən A seriyasına qayıtmaq ürəyincə olub: “Mən yeni komandanın son oyunlarına baxdım. Onların çıxışı çox xoşuma gəldi. “Konegliano” düzgün oyun qurub, həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışlayır. İndi mən yenidən dünyanın gözəl və ən çətin çempionatı olan İtaliya A seriyasında mübarizəni davam edəcəm. Bakıda keçirdiyim son oyunlarda İtaliya, bu ölkənin mədəniyyəti, mətbəxi, gəzməli üçün çox darıxmışdım. Artıq geri qayıtmışam və bunun üçün çox xoşbəxtəm”.