Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının VI turunda “Azərreyl” – “Azəryol” duelinin statistikası məlum olub. Apasport.az saytının məlumatına görə, Ancelo Vercesinin yetirmələrinin çətinliklə qalib gəldikləri (3:2) görüşün bombardiri Azərbaycan millisinin hücumçusu Anastasiya Qurbanova olub.
O, uduzmalarına baxmayaraq, rəqibdən 21 xal almağı bacarıb. Maraqlıdır ki, əsasını legionerlər təşkil edən “Azəryol”da da ən yaxşı adı yığmamızın oyunçusu Polina Rəhimovaya qismət olub. Voleybolçumuz Anastasiyadan 1 xal az toplayıb.
Digər voleybolçulara gəlincə, “Azərreyl”də Dusanka Kariç 16, Yunieska Robles 12, Ayşən Abduləzimova 11, Qvendolin Ruker 9, Lora Kitipova 7, Yekaterina Jidkova 1, “Azəryol”dan isə Odina Əliyeva 17, Anneris Varqas 12, Yuside Sillie 8, Kseniya Kovalenko ilə Çyara di Yulio hərəyə 7, Malqareta Kozuxla Cessika Cons hərəyə 5, Natavan Qasımova ilə Yana Ağayeva hərəyə 2, Lisa Tomsenlə Oksana Parxomenko 1 xala sevinib.