Argentinalı legioner Bakı klubu ilə müqaviləsinin müddətini uzatmadı
17.06.2014 - 10:09
Daha bir voleybolçu “İqtisadçı”dan ayrılıb. Apasport.az saytının məlumatına görə, CEV kubokunda mübarizə aparacaq “universitet komandası” yeni mövsümdən Romina Lamasın köməyindən istifadə edə bilməyəcək.
Belə ki, 36 yaşlı argentinalı oyunçu Bakı təmsilçisi ilə müqaviləni uzatmayaraq, Türkiyəyə üz tutub. Lamas artıq “Çanaqqala” ilə razılıq əldə edib və 2014/2015 mövsümündə bu komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, ondan öncə italiyalı Valentina Serena və amerikalı Deja Makklendon da “İqtisadçı”ya vida etmişdi.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO
0
0