AVF-dan növbəti “yenilik”: İndi də təqvimi alt-üst etdilər
29.01.2014 - 12:32
AVF-dan növbəti “yenilik”: İndi də təqvimi alt-üst etdilər

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təqvimi yenə dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının (AVF) oyunların yeri və vaxtını dəyişməsinə “Azəryol” səbəb olub.

 

Bakı təmsilçisinin CEV kubokunda oyunları olduğu üçün turlar bir-birinə qarışıb.

 

Belə ki, bu komandanın VIII tur çərçivəsində “Telekom”la keçirməli olduğu matç 20 gün əvvələ çəkilərək, yanvarın 31-ə salınıb.

 

Ardınca “İqtisadçı”nın “Azərreyl”lə dueli (VII tur) 1 gün əvvələ - fevralın 7-nə çəkilib. Həmin tur çərçivəsində (8 fevral) baş tutmalı olan Azərbaycan derbisi - “Azəryol” – “Rabitə” oyununun fevralın 15-də keçirilməsi qərara alınıb.

 

Fevralın 17-də təşkil olunmalı “İqtisadçı” – “Azəryol” (IX tur) matçı martın 5-nə “göndərilib”.

 

Maraqlıdır ki, Ancelo Vercesinin komandasının 1 gün sonraya, yəni fevralın 18-ə oyununu salıblar. “Azəryol”un “tələbələr”lə matçı onlardan bir qədər zəif “Lokomotiv”lə dəyişdirilib.

 

Fevralın 20-də keçirilməli olan VIII tur isə 1 gün sonraya çəkilib.

 

Bir sözlə, təqvimdə turlar tamamilə alt-üst olub. Amma bu oyunların da vaxtının dəyişməyəcəyinə heç kim zəmanət vermir.

 

31 yanvar

VIII tur

15:00. “Telekom” – “Azəryol”

 

III turun təxirə salınmış oyunu

17:00. “İqtisadçı” – “Rabitə”

 

7 fevral

VII tur

15:00. “İqtisadçı” – “Azərreyl”

8 fevral

15:00. “Lokomotiv” – “Telekom”

 

14 fevral

IX tur

15:00. “Azərreyl” – “Telekom”

 

15 fevral

VII tur

17:00. “Azəryol” – “Rabitə”

 

18 fevral

X tur

17:00. “Azəryol” – “Lokomotiv”

 

21 fevral

VIII tur

15:00. “Azərreyl” – “Lokomotiv”

17:00. “Rabitə” – “İqtisadçı”

 

28 fevral

X tur

15:00. “Telekom” – “İqtisadçı”

 

5 mart

X tur

17:00. “Rabitə” – “Azərreyl”

 

IX tur

19:00. “İqtisadçı” – “Azəryol”

 

8 mart

IX tur

17:00. “Lokomotiv” – “Rabitə”

 

Qeyd edək ki, Super Liqa mövsümün ortasında reqlament dəyişikliyi ilə də diqqət mərkəzinə düşmüşdü.