Avro-2015: “13-lük” bəllidir
02.06.2014 - 09:22
Avro-2015: “13-lük” bəllidir

Qadın voleybolçular arasında Avro-2015-ə yüksələn yığmaların sayı 13-ə çatıb. Apasport.az saytının məlumatına görə, Türkiyə, Çexiya və Macarıstan milliləri Belçika ilə Hollandiyanın ev sahibliyi edəcəyi həlledici mərhələyə vəsiqə qazanıblar.

Hər 3 komanda buna II təsnifat mərhələsində nail olub. Onlar qrup mərhələsini birinci yerdə başa vuraraq, “onluğa” qoşulublar.

Belə ki, sonuncu 3 xoşbəxtə qədər II təsnifat mərhələsinin digər qalibləri Bolqarıstan, Polşa və Rumıniya 16 komandanın mübarizə aparacağı final mərhələsində yüksəlmişdi. Daha öncə isə ev sahibləri Belçika və Hollandiya, son Avropa çempionatının ilk “beşliyi”ndə yer alan Rusiya, Almaniya, Serbiya, Xorvatiya, həmçinin İtaliya (apenninlilər 6-cı olsalar da, Belçika çempionata ev sahibi kimi qatıldığından bu hüquqa yiyələnib – red.) həlledici mərhələyə birbaşa vəsiqə qazanmışdı.

Qeyd edək ki, son 3 millinin adına pley-off mərhələsində aydınlıq gələcək. 6 yığma arasında Azərbaycan da yer alacaq.

0