Martın 15-16-da Bakıda keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı” ilə bağlı sabah mətbuat konfransı keçiriləcək. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, tədbirdə həlledici mərhələdə oynayacaq “Rabitə” (Azərbaycan), “Dinamo” (Kazan, Rusiya), “Əczaçıbaşı” və “Vakıfbank” (hər ikisi Türkiyə) klublarının baş məşqçiləri və kapitanları KİV nümayəndələrinin suallarını cavablandıracaqlar.
Saat 12:00-da başlayacaq mətbuat konfransında Avropa Voleybol Konfederasiyasının rəsmilərinin də iştirakları gözlənilir.
Qeyd edək ki, “Rabitə” klubundan mətbuat qarşısına baş məşqçi Eldar Yusubov və kapitan Sanya Staroviç çıxacaq.