AZAL son çempionu darmadağın etdi
25.01.2014 - 11:19
AZAL son çempionu darmadağın etdi
Bakıda hazırlıqlarını davam etdirən AZAL növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” I dəstənin son çempionu “Ağsu”nu sınağa çəkib.

Görüş Vaqif Sadıqovun yetirmələrinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. AZAL bu gün digər I dəstə təmsilçisi “Neftçala” ilə gücünü sınayacaq. Bu qarşılaşma saat 16:30-da başlayacaq.

Qeyd edək ki, AZAL bundan öncə “Şuşa” (4:0), “Qaradağ Lökbatan” (2:3), “Şahdağ” (5:1), “Sumqayıt” (1:2) və “Araz Naxçıvan”la (2:0) yoxlama matçları keçirib.