Azərbaycan çempionatı təxirəsalma ilə başlayacaq
22.01.2015 - 12:38
Qadın voleybolçular arasında III dövrənin ilk matçı təxirə salınıb. Apasport.az saytının məlumatına görə, yanvarın 24-də keçirilməli olan “Azəryol” – “Lokomotiv” deuli vaxtında baş tutmayacaq.
Buna səbəb nominal ev sahiblərinin Çempionlar Liqasında yanvarın 28-də Fransa “Nant”ı ilə səfər matçına bir qədər tez yollanmasıdı. Görüşün nə vaxt keçiriləcəyi bu günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, “Azəryol” – “Lokomotiv” matçı olmayacağından, XI turun yeganə oyunu yanvarın 25-nə təsadüf edəcək. Həmin gün “Rabitə” “Azərreyl”i sınağa çəkəcək.
0
0