Azərbaycan çempionatında 3 klub kənarlaşdırıldı, digər 4-nün xalları silindi
27.01.2015 - 15:16
Azərbaycan çempionatında 3 klub kənarlaşdırıldı, digər 4-nün xalları silindi

Kişi voleybolçular arasında Azərbaycan çempionatının final mərhələsinin iştirakçıları dəqiqləşib. Apasport.az saytının məlumatına görə, həlledici oyunlarda 4 paytaxt klubu ölkənin ən güclüsünü müəyyənləşdirəcək.

 

Belə ki, II dövrədə bütün görüşlərini xal itirmədən başa vuran “Neftçi” növbəti mərhələyə lider kimi yüksəlib (15 xal). İkinci yeri “Binəqədi” tutduğu halda, digər 2 pillədə “Nəqliyyatçı” və “Ali Hərbi Məktəb” klubları qərarlaşıblar.

 

“Masallı”nın qeyri-müəyyən səbəbdən mübarizəyə qoşulmadığı çempionatın II dövrəsində “Ekspress” və “Sumqayıt” da zəif təsir bağışlayaraq, yarışla vidalaşıb.

 

Final mərhələsi 3 dövrədən ibarət olacaq. Buna kimi yığılan xallar silinəcək və qalib isə məhz burada toplanacaq xalların hesabına dəqiqləşəcək. Mərhələyə fevralda start veriləcək.  

 

Qeyd edək ki, Azərbaycan çempionatını bərpa etməkdə əsas məqsəd I Avropa Oyunlarında mübarizə aparacaq millimizin heyətini formalaşdırmaq və yığma üzvlərinin təcrübə toplamasına hesablanıb. 

 

1

Neftçi

5

5

0

15-1

15

2

Binəqədi

5

4

1

13-5

11

3

Nəqliyyatçı

5

3

2

9-11

7

4

Ali Hərbi Məktəb

5

2

3

8-9

7

5

Ekspress

5

1

4

5-12

4

6

Sumqayıt

5

0

5

1-15

0

7

Masallı

0

0

0

0

0