Azərbaycan çempionatında oyunların vaxtı dəyişdirildi
01.04.2014 - 08:14
Azərbaycan çempionatında oyunların vaxtı dəyişdirildi

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının XV turunun oyunlarının vaxtı dəyişdirilib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, sabah keçiriləcək görüşlər 1 saat tez start götürəcək.

Buna səbəb komandaların oyununun canlı yayımlanması göstərilir.

2 aprel
XV tur

14:00. “İqtisadçı” – “Telekom”
16:00. “Lokomotiv” – “Azəryol”
18:00. “Azərreyl” – “Rabitə”