Azərbaycan çempionları ABŞ millisində
09.09.2014 - 17:27
Azərbaycan çempionları ABŞ millisində

Qadın voleybolçulardan ibarət ABŞ millisinin ilkin heyət açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Karç Kirali dünya çempionatı üçün müəyyənləşdirdiyi heyətə Azərbaycan Super Liqasından 3 oyunçu daxil edib.

 

Sentyabrın 23-də İtaliyada start götürəcək yarışda “Rabitə” ilə  Azərbaycan çempionları olan Foluke Akinradevo, Toni Dikson və Kayla Banvart (yeni mövsümdə icarə əsasında “İqtisadçı”da oynayacaq) yığması ilə birgə olacaq.  

 

Qeyd edək ki, ABŞ millisi Meksika, Qazaxıstan, Hollandiya, Tailand və Rusiya ilə birgə A qrupunda yer alıb.