Azərbaycan çempionu istirahətdə, izləyicisi liderlik arzusunda
13.12.2014 - 00:04
Azərbaycan çempionu istirahətdə, izləyicisi liderlik arzusunda

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VIII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Rabitə”nin istirahət edəcəyi turda izləyiciləri autsayderlərlə gücünü yoxlayacaq.

 

1 gündə, lakin fərqli məkanlarda baş tutacaq matçların nəticəsinə əsasən turnir cədvəlində dəyişikliklərin olması istisna deyil. Azərbaycan çempionundan 1 oyun çox keçirməklə “Lokomotiv” yenidən liderliyi əla ala bilər.

 

Belə ki, turun ilk qarşılaşmasında “Telekom”un qonağı olacaq “Lokomotiv” yenidən zirvəyə qayıtmaq arzusundadır. Lakin gərgin keçəcək matçda Eldar Yusubovun yetirmələrinin də xal qazanmaları mümkündü. İlk görüşdə “dəmiryolçular”a 1:3 hesabı ilə uduzan “Telekom” bu dəfə qalib gəldiyi setlərin sayını artıra və “Rabitə”nin zirvədə qalmasına kömək edə bilər.

 

Günün digər oyununda “Azərreyl” “Azəryol”u sınağa çəkəcək. Hər 2 komandanın avrokubok matçında qələbə qazanması qarşılaşmanın maraqlı keçəcəyindən xəbər verir. “Yolçəkənlər” aktivindəki xalların sayını artırmağa çalışacaqları halda, “dəmiryolçular”ın son pillədən yaxa qurtarmağa can atacaqları proqnozlaşdırılır.

 

 

 

14 dekabr

VIII tur

16:00. “Telekom” – “Lokomotiv”

Gənclik Olimpiya Kompleksi

İlk oyun: “Lokomotiv” – “Telekom” - 3:1 (25:20; 21:25; 25:18; 25:19)

 

 

18:00. “Azərreyl” – “Azəryol”

Voleybol Mərkəzi

İlk oyun: “Azəryol” – “Azərreyl” - 3:0 (26:24; 25:20; 25:16)

 

 

 Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

6

5

1

4

0

1

1

0

0

17-5

522-438

15

2.

Lokomotiv

6

5

1

1

2

2

1

0

0

17-9

585-541

14

3.

Azəryol

5

3

2

2

0

1

2

0

0

13-8

466-441

10

4.

Telekom

5

1

4

0

0

1

0

1

3

4-14

361-428

2

5.

Azərreyl

6

0

6

0

0

0

1

1

4

3-18

420-506

1