Azərbaycan çempionunu avrokubokdan kənarlaşdırdılar
10.02.2014 - 09:55
Azərbaycan çempionunu avrokubokdan kənarlaşdırdılar

Qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi ABU bu mərhələdə Serbiyada “Milenium”la münasibətinə aydınlıq gətirib.

 

Belqradda keçirilən hər 2 görüş komandamızın məğlubiyyəti ilə başa çatıb. Belə ki, ilk matçda cəmi 4 top fərqi ilə uduzan (29:33) Konstantin Ruvinskinin yetirmələri ikinci qarşılaşmada 26:29 hesabı ilə məğlub olub.

 

Azərbaycan çempionunun heyətində Marina Tankaskaya 2 oyunun nəticəsinə görə 16 xalla bombardir olsa da, ABU “Çelenc Cup”a əlvida deyib.

 

“Çelenc Cup”

 

1/8 final

İlk oyun

 

8 fevral

ABU (Azərbaycan) - “Milenium” (Serbiya) – 29:33

Hakimlər: Milan Hajek, Karel Maço (hər ikisi Çexiya), Delyan Gençev (Bolqarıstan)

Belqrad. “Milenium Arena”

 

Cavab oyunu

9 fevral

“Millenium” (Serbiya) - ABU (Azərbaycan) – 29:26

Hakimlər: Milan Hajek, Karel Maço (hər ikisi Çexiya), Delyan Gençev (Bolqarıstan)

Belqrad. “Milenium Arena”