Azərbaycan çempionunun oyun qurucusu yeni mövsümü boşa verəcək
10.06.2014 - 08:56
Azərbaycan çempionunun oyun qurucusu yeni mövsümü boşa verəcək

“Rabitə”nin toppaylayıcısı Katarjina Skorupa növbəti mövsümü boşa verə bilər. Apasport.az-ın Polşa mətbuatına istinadən məlumatına görə, əlindən əməliyyat olunan 30 yaşlı voleybolçunun zədəsi ciddidir.

 

Ötən mövsümün pley-off matçlarında zədələnən Skorupanın bərpa prosesinə gələn ilin ilk aylarından başlayacağı gözlənilir. Polşalı həmkarlarımız bu səbəbdən də “Rabitə” ilə 2 illik müqaviləsi olan oyun qurucusunun 2014/2015 mövsümünü boşa verəcəyini iddia edirlər.

 

Qeyd edək ki, Azərbaycan çempionu artıq Skorupaya layiqli əvəzləyici də tapıb. Tailandlı Nutsara Tomkoma yeni mövsümdə italiyalı Françeska Ferretti köməklik edəcək. 

0