Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində “Rabitə”nin rəqibi olan Polşanın “Ximik” klubu Polşa çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yanvarın 28-də Bakıda təmsilçimizin qonağı olacaq Polşa çempionu yeni start götürən turda “Muşinyanka” ilə görüşüb.
Səfərdə çıxış edən “Ximik” bu qarşılaşmada asan qələbə qazanıb – 3:0 (17:25, 21:25, 14:25). “Rabitə”nin rəqibi çempionatın turnir cədvəlindəki ən yaxın izləyicisi üzərində qələbə ilə liderliyini daha da artırıb. 17 matçda 46 xal toplayan “Ximik” ikinci pillədən 4 xal öndədi.
Qeyd edək ki, Polşa çempionatının XVII turuna bu gün yekun vurulacaq.