Qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi ABU bu mərhələdə mübarizəyə sabah başlayacaq.
Ölkə çempionu Serbiyada “Milenium” klubu ilə ardıcıl iki gün münasibətlərini ayırd edəcək. İlk qarşılaşmanı Bakıda keçirməli olan Konstantin Ruvinskinin yetirmələri hə 2 görüşü səfərdə oynamağa razılıq verdiyindən sabahkı matçın nominal meydan sahibi olacaq.
Bu isə təmsilçimizin mərhələ adlamaq şanslarını nisbətən azaldır. Rəqib avrokubokların debütantı olsa da, Serbiya çempionatının lideridir. Belqrad təmsilçisi ABU-dan fərqli əvvəlki mərhələdən də azad idi
“Çelenc Cup”
1/8 final
İlk oyun
8 fevral
21:00. ABU (Azərbaycan) - “Milenium” (Serbiya)
Hakimlər: Milan Hajek, Karel Maço (hər ikisi Çexiya), Delyan Gençev (Bolqarıstan)
Belqrad. “Milenium Arena”
Cavab oyunu
9 fevral
21:00. “Millenium” (Serbiya) - ABU (Azərbaycan)
Hakimlər: Milan Hajek, Karel Maço (hər ikisi Çexiya), Delyan Gençev (Bolqarıstan)
Belqrad. “Milenium Arena”