Azərbaycan klubları ilə oyun öncəsi darmadağın
19.01.2015 - 10:14
Azərbaycan klubları ilə oyun öncəsi darmadağın

Qadın voleybolçular arasında Rusiya Superliqasında XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 3 gün ərzində təşkil olunan oyunlarda Azərbaycan klublarının rəqibləri də meydana çıxıblar.

 

Belə ki, sabah CEV kubokunun 1/4 final mərhələsinin cavab görüşündə “Lokomotiv”i qəbul edəcək Krasnodar “Dinamo”su “Leninqradka” ilə münasibətinə aydınlıq gətirib. Oyun rəqibizin aşkar üstünlüyü şəraitində keçib və Sankt-Peterburq təmsilçisi bir setə belə həsrət qalıb – 0:3 (24:26; 14:25; 20:25).

 

Çempionlar Liqasının V turu çərçivəsində “Rabitə” ilə oynayacaq (22 yanvar) Kazan “Dinamo”su da “quru hesablı” qələbəyə sevinib. Onlar “Avtodor-Metar”ı meydana çıxmağa peşman ediblər – 3:0 (28:26; 25:18; 25:19).

 

Beləliklə, XI turdan sonra aktivində 30 xalı olan Kazan “Dinamo”su liderliyini davam etdirir. Həmklublarından 5 xal geri qalan krasnodarlılar isə yenə 3-cüdü.