Azərbaycan klubu püşkü gözləyir
16.07.2014 - 13:18
Azərbaycan klubu püşkü gözləyir

Qadın həndbolçulardan ibarət ABU klubu 2014/15 mövsümündə Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi olacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu bu dəfə “Çelenc Cup”da çıxış edəcək.

 

Bu yarışa 31 komanda qatılacaq. Onlardan biri – Fransa təmsilçisi HAK birbaşa 1/8 finaldan mübarizəyə qoşulacaq. ABU da daxil olmaqla digər 30 komanda 1/16 finaldan çıxış edəcək.

 

Avrokubokların püşkü iyulun 22-də Avstriyanın paytaxtı Vyanada atılacaq. 1/16 finalın ilk oyunları noyabrın 15-16-da, cavab matçları isə 22-23-də keçiriləcək.