Azərbaycan millisi mayda Makedoniyaya gedəcək
04.02.2014 - 11:10
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avro-2015-in I təsnifat mərhələsində oyunlarını keçirəcəyi məkan açıqlanıb. Apasport.az saytının məlumatına görə, kubalı Sillie Tabares Leonardonun rəhbərlik etdiyi yığmamız mərhələ adlamaq üçün Makedoniyada gücünü yoxlayacaq.
Oyunların mayın 8-11-də olacağı bilinsə də, təqvim hələ dəqiqləşməyib.
Qeyd edək ki, voleybolçularımızın yer aldığı III qrupda Makedoniya ilə yanaşı, İsveç və Gürcüstan milliləri də yer alıblar. Reqlamentə görə, qrup qalibləri və ən yaxşı nəticəyə malik iki ikinci yerin sahibi mərhələ adlayacaq.
0
0