Azərbaycan millisi Özbəkistana qalib gəlib, çempion oldu
22.03.2014 - 10:03
Azərbaycan millisi Özbəkistana qalib gəlib, çempion oldu

Kişi basketbolçular arasında Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “Novruz kuboku”na yekun vurulub. Apasport.az saytının məlumatına görə, 4 komandanın iştirakı ilə keçirilən yarışın qalibi Azərbaycan millisi olub.

 

Belə ki, qrup mərhələsini qalib kimi başa vuran Elxan Əliyevin yetirmələri yarımfinalda Qazaxıstan MOİK-i ilə üz-üzə gəlib. Qarşılaşmada basketbolçularımız rəqibinə heç bir şans verməyiblər – 88:49.

 

Finalda isə rəqibimiz Özbəkistan yığması olub. Millimiz bu dəfə 98:67 hesabı ilə qələbə qazanaraq, çempion adına layiq görülüb.

 

Qeyd edək ki, basketbolçularımızdan Amil Həmzəyev bombardirlər yaşında ikinci, Fuad Niftəliyev üçüncü olub. Onlar müvafiq olaraq, komandamıza 100 və 86 xal qazandırıblar.