Qadın voleybolçular arasında dünya çempionatının III turu çərçivəsində Puerto-Riko – Azərbaycan matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, mərkəzi amerikalılara 3:2 hesabı ilə qalib gəldiyimiz matçın bombardiri Polina Rəhimova olub.
Hücumçumuz məhsuldarlıq nümayiş etdirərək, rəqibdən 32 xal alıb. Komandamızın digər voleybolçularından - Anastasiya Qurbanova 13, Odina Bayramova 10, Kseniya Kovalenko 9, Yelena Parxomenko 6 və Ayşən Abduləzimova 4 xala sevinib.
Rəqibin heyətində isə II turdan sonra bombardirlər siyahısına başçılıq edən Karina Okasio fərqlənib. Amma o, Rəhimovadan 10 top az yığıb – 21 xal.
Ümumi komanda hesabında isə yığmamız blokda, servisdə və top qəbulunda Puerto-Rikodan üstün olub. Rəqib isə məğlub olmasına baxmayaraq, 5 setin nəticəsinə əsasən top fərqində millimizi qabaqlayıb – 110:108.
Puerto-Rika |
Göstəricilər |
Azərbaycan |
66 |
Hücum |
53 |
10 |
Blok |
16 |
3 |
Servis |
4 |
31 |
Səhvlər |
35 |
110 |
Cəmi |
108 |
53 |
Müdafiə |
44 |
21 |
Qəbul |
24 |
Qeyd edək ki, Azərbaycan millisinin mundialda hər 3 görüşünün bombardiri olan Rəhimovanın aktivində 74 xalı (33, 9, 32) var.