Azərbaycan Voleybol Federasiyası qərarını dəyişdi
07.04.2014 - 08:15
Azərbaycan Voleybol Federasiyası qərarını dəyişdi

Azərbaycan Voleybol Federasiyası növbəti dəfə qərarını dəyişib. Apasport.az saytının məlumatına görə, qurum III dövrənin oyunlarından sonra 5-ci yer uğrunda görüşlərin keçiriləcəyini açıqlasa da, ardından bunu ləğv edib.

Nəticədə “Lokomotiv”lə “Telekom” üçün artıq mövsüm bitib. Onlar müvafiq olaraq, 5-ci və 6-cı olublar.

Qeyd edək ki, pley-off mərhələsində “Rabitə” “Azərreyl”lə, “Azəryol” “İqtisadçı” ilə oynayacaq.